Putin azərbaycanlı generalla görüşüb - Yenilənib

  22 Fevral 2018    Oxunub : 3098
Putin azərbaycanlı generalla görüşüb - Yenilənib
Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında 23 fevral - Vətənin Müdafiəçisi Günü ilə bağlı keçirilən təntənəli gecəyə qatılıb.
AzVision.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın Müdafiə Nazirliklərinin nümayəndələri iştirak edib.

Rusiya prezidenti nümayəndə heyətləri ilə görüşüb, görüş iştirakçılarına dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb.

Mərasimdə Azərbaycanı müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev təmsil edib.

AzVision.az

Teqlər: Rusiya   Putin