Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq

Məhəmməd Hadi küçəsində hərəkət məhdudlaşdırılacaq
  23 Fevral 2018    Oxunub:2404
Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti