Neft və qaz ehtiyatlarının axtarışına 26 milyon xərclənib

Neft və qaz ehtiyatlarının axtarışına 26 milyon xərclənib
  23 Fevral 2018    Oxunub:1013
2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən xəbərə görə, aparılan geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilıb və bu işlərə 26,4 milyon manat xərclənib.

2016-cı illə müqayisədə ötən il radioaktiv metalların kəşfiyyatına 51,9 faiz, regional geoloji-geofiziki işlərə 25,0 faiz, hidrogeoloji işlərə 19,4 faiz, əlvan metalların kəşfiyyatına 8,3 faiz, elmi-tədqiqat işlərinə 8,0 faiz çox, nəcib metalların kəşfiyyatına 23,8 faiz, qara metalların kəşfiyyatına 14,3 faiz az vəsait sərf edilib.

AzVision.az


Teqlər: DSK   Neft   Qaz  





Xəbər lenti