“Bir daha deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur” - YAP rəsmisi

“Bir daha deyirəm, Azərbaycanda siyasi məhbus yoxdur” - YAP rəsmisi
  23 Fevral 2018    Oxunub:1859
“Prezident İlham Əliyevin cəza siyasətinin yüngülləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Komitə sədri çıxışında bildirib: “1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyevin siyasətinin əsasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışır. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var”.

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bir çox məsələlər başqa cür təqdim olunur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti