Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır

Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır
  23 Fevral 2018    Oxunub:1692
Hazırda Milli Məclisin bir neçə deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir.

AzVision.az xəbər verir ki, bunu Milli Məclsisin sədri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, bu gün keçirilən iclasdan sonra bir neçə deputat Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak etmək üçün səfər edəcək.

O.Əsədov qeyd edib ki, hazırda Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır: “Milli Məclis bu sitiqamətdə müəyyən addımlar atacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Oqtay-Əsədov   Xocalı  





Xəbər lenti