“5 min məhkumla bağlı təqdimat göndəriləcək” - Əli Hüseynli

“5 min məhkumla bağlı təqdimat göndəriləcək” - Əli Hüseynli
  23 Fevral 2018    Oxunub:2943
“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamından sonra Milli Məclis Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi. 2017-ci ilin dekabrın 1-dən qanunun tətbiqinə başlanıldı”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri qanunun tətbiqi ilə bağlı statistikanı açıqlayıb: “Həmin müddətdə məhkəmələrə 4000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən, 479 məhkum azad olunub, 585 məhkumun cəzası azaldılıb, 465 şəxs digər cəzalardan azad edilib, 59 məhkumun isə cəzaçəkmə rejimi yüngülləşdirilib. Hazırda məhkəmələrdə bu qanunun tətbiqi ilə bağlı 1700 təqdimat mövcuddur”.

Ə.Hüseynlinin sözlərinə görə, bundan başqa 5 min məhkumla bağlı təqdimatın göndərilməsi nəzərdə tutulur: “Bu qanunu Amnistiya qüvvəli qanun kimi qəbul etmək olar”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis   Əli-Hüseynli  





Xəbər lenti