Sosial müavinətlərin məbləği artırıldı

  23 Fevral 2018    Oxunub : 2486
Sosial müavinətlərin məbləği artırıldı
Prezident İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

AzVision.az

Teqlər: İlham-Əliyev   Prezident