Zakir Həsənov Belarusda təltif edildi - FOTO

Zakir Həsənov Belarusda təltif edildi - FOTO
  24 Fevral 2018    Oxunub:1727
Minskdə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirak edib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə görə Azərbaycanın Müdafiə naziri “Belarus Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif olunub.

Sonra general-polkovnik Z.Həsənov və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Minsk şəhərindəki Qələbə meydanını ziyarət edərək Qələbə abidəsinin önünə əklil qoyublar.



AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Zakir-Həsənov  





Xəbər lenti