Naxçıvanda fəxri ad alanlara 50 manat veriləcək
Sərəncama əsasən, “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 iyul tarixli 203-01/S nömrəli Sərəncamının 1-ci hissəsində “30 manat” sözləri müvafiq olaraq “50 manat” sözləri ilə əvəz edilir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.
AzVision.az