Elmar Vəliyev vətəndaşların səyyar qəbulunu keçirib
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, bugünə kimi şəhər ərazisində 856 binanın dam örtüyü yenilənib. Daha 64 binanın isə dam örtüyü yenilənəcək. 2019-cu ilin sonuna kimi Gəncədə əhali 24 saat içməli su ilə təmin olunacaq. Kanalizasiya sisteminin çəkilişi tam yekunlaşacaq. Sonrakı mərhələdə 250-ə yaxın küçəyə asfalt salınacaq. Şəhərin 7, 18 saylı məktəbləri, Təhsil İdman Mərkəzinin Gəncə filialı və şəhərin Nizami küçəsi yenidən qurulacaq. Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın inşası başa çatdırılacaq. Gəncəçay Park-Bulvar Kompleksinin sol hissəsində bulvar salınacaq, həmçinin yeni İdman Kompleksinin tikintisinə başlanılacaq.
Sakinlərdən Cəlalova Zərqələm, Qasımova Xatirə, Qayıbova Tərlan və başqaları vətəndaşlara daim diqqət və qayğı ilə yanaşdıqları üçün ölkə başçısı İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, şəhərin 1-ci mikrarayon ərazisində 14 bina yerləşir və bu binalarda 10.000-dən çox vətəndaş yaşayır. Binalardan 3-ü doqquz mərtəbəli, qalanları isə beşmərtəbəlidir. Binaların hər birinin üzü və dam örtüyü dəyişdirilib, ətrafları abadlaşdırılıb, yeni bardurlar qoyulub, qazonlar salınıb. Həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirtmələri üçün futbol meydançası salınıb.
AzVision.az
Teqlər: Gəncə Elmar-Vəliyev