Hərbi hissələrdə tədbirlər keçirilib

  24 Fevral 2018    Oxunub : 461
Hərbi hissələrdə tədbirlər keçirilib
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planına əsasən hərbi birliklər və qoşun növlərində tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşlərdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin qorunmasında dövlətimiz tərəfindən görülən tədbirləri, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolunu, radikalizmi doğuran səbəblər və onunla mübarizə üsullarını qeyd edib, bu istiqamətdə aparılan maarifləndirmə işinin xüsusiyyətlərini şəxsi heyətin diqqətinə çatdırıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminə kütləvi baxışdan sonra hərbi qulluqçular filmdə qaldırılan məsələləri müzakirə edərək fikir və təkliflərini səsləndiriblər.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi   Dini-Komitə   Hərbi-Hissə