Ağdam rayonunda at əti aşkarlanıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerində antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürüblər. Nümunələr müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib. Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
AzVision.az