Prezident “Xocalı” abidəsini ziyarət etdi - FOTOLAR

Prezident “Xocalı” abidəsini ziyarət etdi - FOTOLAR
  26 Fevral 2018    Oxunub:3989
Prezident İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.
AzVision.az-ın məlumatına görə, abidənin yanında fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub, soyqırım qurbanlarının xatirəsinə ehtiramını bildirib.



Birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.



Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.







AzVision.az


Teqlər: İlham-Əliyev   Xocalı   Soyqırım   Abidə  





Xəbər lenti