Londonda Xocalı ilə bağlı yürüş-mitinq keçirilib - FOTOLAR

Londonda Xocalı ilə bağlı yürüş-mitinq keçirilib - FOTOLAR
  26 Fevral 2018    Oxunub:1886
Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Londonda yürüş-mitinq keçirilib.
AzVision.az xəbər verir ki, bir neçə saat davam edən yürüş-mitinqdə Britaniyanın müxtəlif universitetlərindən azərbaycanlı və xarici tələbələrlə yanaşı, çoxsaylı insan iştirak edib.



Əllərində Xocalı hadisələri zamanı erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları faciənin günahkarlarının cəzalandırılması, bu soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Xocalıya ədalət!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.



Böyük Britaniyada Azərbaycan icmasının liderlərindən biri, tanınmış hüquqşünas Kamran Balayev bildirib ki, Xocalı faciəsi təkcə azərbaycanlıların deyil, həm də bütün beynəlxalq birliyin faciəsidir. O bildirib ki, aksiyanın keçirilməsi Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə tam razılaşdırılıb və tam qanuna uyğun şəkildə keçirilib. Trafalqar meydanında başlayan yürüş Britaniya parlamenti binasının qarşısında mitinqlə davam edib.





AzVision.az



Teqlər: London   Xocalı  





Xəbər lenti