Təhsil Nazirliyi bu məsələyə xüsusi diqqət yetirir

Təhsil Nazirliyi bu məsələyə xüsusi diqqət yetirir
  27 Fevral 2018    Oxunub:1532
"Şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasına Təhsil Nazirliyi xüsusi diqqət yetirir"
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Nazir müavini bildirib ki, şagirdlərin asudə vaxtını keçirmək üçün nəzərdə tutulan müəssisələr həm paytaxtda, həm də bölgələrdə fəaliyyət göstərir.

"Ümumrespublika üzrə həmin müəssisələrin sayı 145-dir. Məktəblilər məktəbdənkənar müəssisələrdə istedadını nümayiş etdirir və gələcək peşə istiqamətlərini seçə bilirlər".

F.Quranov qeyd edib ki, şagirdlərin məktəbdənkənar fəaliyyəti müxtəlif istiqamətlərdə təşkil edilir: "Burada ekoloj tərbiyə, texniki yaradıcılıq, mədəniyyətlə bağlı istiqamətlər mövcuddur. Burada rəqs, musiqi dərsləri təşkil olunur. Xüsusilə, gənclərin sağlamlığını nəzərə alaraq onların şahmat məktəblərində fəaliyyətini təşkil etməklə sağlam həyat tərzinə istiqamətləndirməyə çalışırıq. Bu gün məktəblilərin məktəbdənkənar müəssisələrə marağı yüksəkdir və müsabiqələrdə fəal iştirak edirlər".

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Firudin-Quranov  





Xəbər lenti