Azərbaycandan Moldovaya narkotik daşınıb? -Rəsmi açıqlama

Azərbaycandan Moldovaya narkotik daşınıb? -Rəsmi açıqlama
  27 Fevral 2018    Oxunub:1210
Ötən gün bəzi kütləvi informasiya vasitələrində Moldova Respublikasının prokurorluq və sərhəd polisi rəsmilərinə istinadən Əfqanıstandan Avropaya narkotiklərin daşınması barədə məlumatlar yayımlanıb.
Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, həmin məlumatda narkotik vasitələrin daşındığı ehtimal edilən marşrutlar sadalanıb və bu marşrutlarda adları sadalanan ölkələr arasında Azərbaycan Respublikasının da olduğu qeyd edilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkəmizin gömrük orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparır və Azərbaycandan tranzit keçməklə Türkiyədən Moldova Respublikasına yük aparan hər hansı nəqliyyat vasitəsi qeydə alınmayıb.

AzVision.az


Teqlər: DGK   Məlumat  





Xəbər lenti