“ASAN xidmət”ə müraciətlərin sayı 20 milyona çatıb

“ASAN xidmət”ə müraciətlərin sayı 20 milyona çatıb
  27 Fevral 2018    Oxunub:2108
Bu günədək "ASAN xidmət" mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. AzVision.az xəbər verir ki, bu barədə Mingəçevirdə "ASAN Həyat" kompleksinin açılış mərasimində məlumat verilib.
Qeyd olunub ki, regionlarda 10 səyyar "ASAN xidmət" avtobusu və səyyar "ASAN qatar" vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal" xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb.

Bildirilib ki, könüllülər "ASAN xidmət" fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub. "ASAN Məktub" və "ASAN Kadr" layihələri qabaqcıl təcrübələr kimi BMT-nin "Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər" portalına daxil edilib.

AzVision.az


Teqlər: ASAN-xidmət  





Xəbər lenti