Bakıda 55 taksi dayanacağı yaradılıb

Bakıda 55 taksi dayanacağı yaradılıb
  27 Fevral 2018    Oxunub:1161
Bakıda yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev AzVision.az-a açıqlamasında deyib ki, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq həmin addım atılıb: “Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir”.

AzVision.az


Teqlər: BNA   Taksi  





Xəbər lenti