İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı - Yenilənib
Seçki Məcəlləsinə əsasən, 42 min etibarlı imza İlham Əliyevin namizədliyinin qeydə alınması üçün yetərli olduğundan yoxlama prosesi dayandırılıb. Çıxışlardan sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.
YAP fevralın 23-də İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını MSK-ya təqdim edib.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: MSK İlham-Əliyev Prezident