“Bakıya səfərim buna görə təxirə salındı” - Saakaşvilinin xanımı

“Bakıya səfərim buna görə təxirə salındı” - Saakaşvilinin xanımı
  27 Fevral 2018    Oxunub:1396
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Gürcüstanın keçmiş birinci xanımı Sandra Elizabet Rulofsun Azərbaycan dilinə tərcümə edilmiş “Bir idealistin hekayəsi” kitabının təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, məlumatına görə, mərasimdə çıxış edən müəllif dekabrda baş tutmalı olan təqdimatın gecikmə səbəblərini açıqlayıb:

“Dekabrda səfərimi təxirə salmalı oldum. Həmin vaxt həyat yoldaşım Mixail Saakaşvilini Ukraynada həbs etməyə cəhd etdilər. Bir neçə gün sonra o, Ukraynada həbs olundu. Həbsdən azad olunduqdan sonra Hollandiyaya deportasiya olundu. Düşünürəm ki, indi o, Hollandiyada təhlükəsiz şəraitdədir. Mən isə söz verdiyim kimi, Azərbaycana səfər edə və kitabı təqdim edə bildim".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti