Əfv sərəncamı nə vaxt veriləcək? - Komissiyadan rəsmi cavab
Komissiya üzvü AzVision.az-a bildirib ki, əfv sərəncamının nə zaman olacağı dəqiq bilinmir. Bu, prezidentin müstəsna səlahiyyətlərinə aid olan məsələdir.
İclasların nə zaman başa çatacağına gəlincə, komissiya üzvü qeyd edib ki, bu, daxil olan məlumatlara tam baxılmasından asılıdır.
“İclaslar ola bilər ki, Novruz bayramına qədər başa çatsın. Bütün qərarlar cənab prezidentə təqdim olunandan sonra Novruz bayramı ərəfsində əfv sərəncamını gözləmək olar. Ötən il də Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanmış və 423 nəfəri əhatə etmişdi.
Həmçinin bu il prezident tərəfindən “Cümhuriyyət ili” elan olunub. Ola bilsin ki, əfvlə bağlı müraciətlərə baxılması prosesi davam etsin və Cümhuriyyət bayramı ərəfəsində əfv olsun. Bu, hər şeydən əvvəl müraciətlərə baxılmasının başa çatdırılması ilə bağlıdır” – deyə Ə.Nuriyev vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Əfv Komissiya Əliməmməd-Nuriyev