Avstraliyada Xocalı soyqırımı anılıb

Avstraliyada Xocalı soyqırımı anılıb
  27 Fevral 2018    Oxunub:1125
Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə vurğulanıb ki, Xocalı soyqırımının 26-cı ildönümündə minlərlə insan küçələrə toplaşaraq faciə qurbanlarının xatirəsini yad edirlər. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində baş vermiş ən dəhşətli faciələrdən biridir, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhlükə mənbəyidir. Qeyd edilib ki, erməni millətçiləri çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Vurğulanıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurlu nəticələr verir.

AzVision.az


Teqlər: Xocalı   Avstraliya  





Xəbər lenti