Azərbaycan “ViroExpo 2018”də təmsil olunub

Azərbaycan “ViroExpo 2018”də təmsil olunub
  27 Fevral 2018    Oxunub:1551
Azərbaycanın Xorvatiyadakı səfirliyi Virovititsa şəhərində keçirilmiş 23-cü “ViroExpo 2018” şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənAzVision.az-a verilən məlumata görə, ölkəmiz üçün ayrılmış stenddə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrini, investisiya və kənd təsərrüfatı imkanlarını əks etdirən bukletlər, milli mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, xalçalarımız haqqında nəşrlər, “Azərbaycan İxrac Kataloqu”, ölkəmizlə bağlı xorvat dilinə tərcümə olunmuş broşürlər, Azərbaycan istehsalı olan şərab və düyü nümunələri nümayiş etdirilib və qonaqlara paylanılıb.

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, iqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliç, kənd təsərrüfatı naziri Tomislav Toluşiç və digər rəsmi şəxslərin qatıldığı yarmarkada 29 ölkədən 700-dən çox şirkət iştirak edib. Yarmarkada 30 minə yaxın ziyarətçi olub. Tədbirdə ölkəmizlə yanaşı, bir sıra xarici ölkələr, o cümlədən Türkiyə, Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Monteneqro, Çexiya, Fransa, Hindistan, İtaliya, Çin, Makedoniya, Niderland, Almaniya, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Serbiya, İsveç və Ukrayna təmsil olunublar.

Qeyd edək ki, “ViroExpo” yarmarkası Xorvatiya Prezidentinin Ofisi, hökuməti, İqtisadiyyat, Turizm, Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə keçirilir.

AzVision.az


Teqlər: XİN   Azərbaycan  





Xəbər lenti