Dövlət qulluğuna qəbul üçün müsahibələr keçirilir

Dövlət qulluğuna qəbul üçün müsahibələr keçirilir
  27 Fevral 2018    Oxunub:1413
2018-ci il fevralın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən 11 yanvar tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr davam etdirilib.
AzVision.az xəbər verir ki, müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə, Şəki, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 17 müxtəlif yerdə təşkil edilib.

Gün ərzində keçirilməsi nəzərdə tutulan 132 müsahibədən 78-i baş tutub, 54 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 37-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalıb, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər. Namizədlərlə müsahibələrin keçirilməsi martın 16-dək davam edəcəkdir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti