Azərbaycanda yeni investisiya qanunu hazırlanır

Azərbaycanda yeni investisiya qanunu hazırlanır
  28 Fevral 2018    Oxunub:2528
"Microsoft İnnovasiya forumu ilk dəfə Azərbaycanda keçirilir. Belə bir qlobal şirkətin Azərbaycanda forum keçirməsi olduqca müsbət haldır".

AzVision.az xəbər verir ki, bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Microsoft İnnovasiya Forumu 2018"də çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Azərbaycan qeyri-neft sektoruna xüsusi önəm verir: "İnnovativ inkişaf Azərbaycan üçün əsas inkişaf perspektivlərindən biridir. Bunu prezident İlham Əliyev də Davos forumunda çıxışı zamanı vurğulayıb. İnnovativ inkişaf üçün Azərbaycanda çox böyük potensial var. Azərbaycanın bu sahədə müəyyən nailiyyətləri də var. İnvestisiyaların yatırılması üçün ölkədə hüquqi baza var".

E.Vəlizadə qeyd edib ki, Azərbaycanda yeni investisiya qanunu hazırlanır: "Hesab edirəm ki, bu qanun layihəsi müasir dünya çağırışlarına cavabdeh olacaq, ölkəmizə gələn investorlar üçün daha münbit şərait yaradacaq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Microsoft   Forum   Bakı  





Xəbər lenti