Gəncədə gənclərlə görüş keçirilib

Gəncədə gənclərlə görüş keçirilib
  28 Fevral 2018    Oxunub:1375
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gəncə Gənclər evində gənclərin dövlətin özünüməşğulluq proqramları ilə ilkin tanışlığı, fərdi biznesə və startaplara başlamaları üçün məlumatlandırıcı görüş keçirilib.
İdarədən –a verilən xəbərə görə, Beynəlxalq Əmək Təşkilatının peşəkar təlimçisi Azad Rəhimovun iştirakı ilə keçirilən görüş zamanı gənclər mövcud əmək bazarı, onların gələcək kariyelalarında özünəməşğulluğun əhəmiyyəti, CV yazmaq bacarıqları və s. barəsində ilkin maarifləndirici məlumatları alıb və onları maraqlandıran suallara cavab tapıblar.



Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxışında, əsasən, tələbələrdən təşkil olunan auditoriyanı maraqlandıran başlıca məsələlərə toxunmuş və onlara gələcək həyatlarında uğurlar arzulayıb. Azərbaycan Dövlət Aqrar Univesiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Gəncə Regional Humanitar Kollecin tələbə-gənclərinin çoxluq təşkil etdiyi görüş iki saata qədər davam etmiş və həm təlimçi, həm də gənclər tərəfindən məhsuldar olaraq qiymətləndirilib.

AzVision.az


Teqlər: Gəncə   Gənclər  





Xəbər lenti