Müəllimlərin maaşı artırıldı - Yenilənib

Müəllimlərin maaşı artırıldı - Yenilənib
  28 Fevral 2018    Oxunub:7465
Prezident İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Prezident İlham Əliyev həmçinin dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Sərəncam   Müəllim   Maaş  





Xəbər lenti