İmtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək

İmtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcək
  28 Fevral 2018    Oxunub:1574
“İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”

AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək. M. Abbaszadə 2019-cu ildə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiq olunacağını da xatırladıb:

“Bununla əlaqədar regionlarda seminarlar keçiririk. Bu seminarlarda əsas məqsəd yeni növ qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar müəllimlərin hazırlıq səviyyəsini artırmaqdır”.

Qeyd edək ki, Tarif Şurası 2017-ci ilin martında DİM-in müraciəti və təkliflərini nəzərə almaqla, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərini 9 qrup üzrə təsnifatlaşdırılmaqla, imtahanın növündən asılı olaraq 10-100 manat arasında müəyyənləşdirib.

AzVision.az


Teqlər: DİM   Tarif-Şurası   İmtahan   Məleykə-Abbaszadə  





Xəbər lenti