Prezidentdən Tərcümə Mərkəzi ilə bağlı fərman

Prezidentdən Tərcümə Mərkəzi ilə bağlı fərman
  28 Fevral 2018    Oxunub:1568
Azərbaycan prezidenti İlham Əliyev Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, Tərcümə Mərkəzinin təsisçisinin publik hüquqi şəxsin inkişaf istiqamətlərinin müəyyən edilməsi səlahiyyətini Mərkəz, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulan digər səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, Mərkəzin nizamnaməsini, strukturunu və işçilərinin say həddini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin istifadəsində olan dövlət əmlakının Mərkəz publik hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Fərman  





Xəbər lenti