Bakıda top mərmisi tapılıb

Bakıda top mərmisi tapılıb
  01 Mart 2018    Oxunub:1079
Bakının Nərimanov rayonunda top mərmisi tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən AzVision.az-a verilən məlumata görə, fevralın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 95 ünvanında mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə Bakı Biznes mərkəzinin həyətinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş 152 mm-lik top mərmisi (G-530) aşkar olunub götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Aşkar olunan boş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Bakı   Mərmi  





Xəbər lenti