Qanunları pozan daha 15 əcnəbi saxlanılıb

Qanunları pozan daha 15 əcnəbi saxlanılıb
  01 Mart 2018    Oxunub:1319
Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir.
DMX-dən AzVision.az-a verilən məlumata görə, qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı 7 nəfər Pakistan, 6 nəfər Hindistan, 2 nəfər Şri Linka vətəndaşı olmaqla, ümumilikdə 15 əcnəbi saxlanılıb.

Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Hindistan və 2 nəfər Şri Linka vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olmaq adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

AzVision.az


Teqlər: DMX   Əcnəbi  





Xəbər lenti