"Maaş artımı 355 min nəfərə şamil olunacaq" - Nazir
Nazir qeyd edib ki, maaşı artırılan işçilərin əməkhaqlarının qarşıdakı 10 ay ərzində artımları üçün dövlət büdcəsindən əlavə 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
“Göründüyü kimi, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar davam edir. Bütün bu işlər əhalinin real gəlirlərinin artırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb,” - deyə Səlim Müslümov açıqlamasında bildirib. (AzərTAC)
AzVision.az
Teqlər: Səlim-Müslümov Nazir Maaş