Prezident yanğınla bağlı tapşırıqlar verdi

Prezident yanğınla bağlı tapşırıqlar verdi
  02 Mart 2018    Oxunub:2916
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzində baş verən yanğnla əlaqədar hadisə yerinə baş çəkib. Ölkə başçısı vəziyyətlə tanış olub. Aidiyyəti qurumların rəhbərləri yanğının başvermə səbəbləri və nəticələri barədə prezidentə məlumat veriblər.
Dövlət başçısı hadisənin nəticələrinin tez bir zamanda aradan qaldırılması və yanğının səbəblərinin araşdırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi ilə əlaqədar müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısına və səhiyyə nazirinə həlak olanların ailə üzvlərinə kömək göstərilməsi və zərərçəkənlərə təcili olaraq lazımi tibbi yardım edilməsi ilə bağlı göstərişlər verib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Yanğın  





Xəbər lenti