50 yeni avtobus dayanacağı yaradılıb

50 yeni avtobus dayanacağı yaradılıb
  02 Mart 2018    Oxunub:5461
Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.
BNA-dan AzVision.az–a verilən məlumata görə, bunlardan 27-də pavilyon quraşdırılıb.

Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.



AzVision.az


Teqlər: BNA   Avtobus   Dayanacaq  





Xəbər lenti