Böyük Britaniya və Fransadan Azərbaycana dəstək

Böyük Britaniya və Fransadan Azərbaycana dəstək
  03 Mart 2018    Oxunub:3737
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat səfirliyin "Facebook" səhifəsində yerləşdirilib.

"Britaniya səfirliyi olaraq Bakı şəhərində yerləşən Respublika Narkoloji Mərkəzində baş verən yanğında həyatlarını itirən şəxslərin ailələrinə başsağlığı veririk. Dualarımız və diləklərimiz qurbanların ailələri və Azərbaycan xalqı ilə birlikdədir!", - deyə səfirliyin yaydığı məlumatda bildirilib.

Fransanın Azərbaycandakı səfirliyi də məlum hadisə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

"Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə səfirliyin məlumatda qeyd edilib.

AzVision.az


Teqlər: Böyük-Britaniya   Səfirlik   Yanğın  





Xəbər lenti