Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
  03 Mart 2018    Oxunub:1557
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.2; 234.4.3 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəcəfov Cahangir Fərhad oğlunun yanına uzunmüddətli görüşə gəlmiş atası Bakı şəhər sakini Nəcəfov Fərhad Quli oğlunun üzərinə və əşyalarına baxış keçirilərkən alt paltarının içində gizlətdiyi 0,593 qram narkotik maddə - marixuana aşkar edilib.



Qeyd olunan faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Cəzaçəkmə   Narkotik  





Xəbər lenti