Gömrükdə 450 qutu pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 450 qutu pirotexniki vasitə aşkarlanıb
  03 Mart 2018    Oxunub:1280
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.





AzVision.az


Teqlər: Gömrük   Pirotexniki  





Xəbər lenti