15 marşrutun dayanacaq məntəqəsi dəyişdirilib

15 marşrutun dayanacaq məntəqəsi dəyişdirilib
  03 Mart 2018    Oxunub:2195
Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq 2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AzVision.az-a verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik sabahdan tətbiq ediləcək.

Dəyişikliyə əsasən qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

AzVision.az


Teqlər: Bakı   Marşrut   Dayanacaq  





Xəbər lenti