Gömrükdə 30 qutu pirotexniki vasitə aşkarlanıb

Gömrükdə 30 qutu pirotexniki vasitə aşkarlanıb
  05 Mart 2018    Oxunub:2685
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21013" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, avtomobilin qabaq buferinin altında gömrük nəzarətindən gizlədilən, hər birinin içində 60 ədəd olmaqla 30 qutu pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər: Gömrük   Pirotexniki  





Xəbər lenti