Daha bir ölkədən Qarabağ məsələsində Azərbaycana dəstək

Daha bir ölkədən Qarabağ məsələsində Azərbaycana dəstək
  05 Mart 2018    Oxunub:1740
"Mərakeş və Azərbaycan təcavüzlə üzləşib. Bu, hər iki ölkə üçün vacib məsələdir. Bizim münasibətimiz BMT qətnamələrinə əsaslanır, mövqeyimiz ərazi bütövlüyünün qorunmasına sadiqliyi ifadə edir"
AzVision.az xəbər verir ki, bunu Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Qarabağ münaqişəsindən söz açan nazir qeyd edib ki, bizim münasibətlər həmrəylik ,qarşılıqlı dəstək əsasında formalaşır.

Mərakeşli nazir bildirib ki, onun Bakıya səfəri Azərbaycan və Mərakeş arasında strateji əməkdaşlığın genişləndirilməsi baxımından olduqca önəmlidir: "Mərakeş və Azərbaycan terrorizmə və islamafobiyaya qarşı mübarə aparır. Bu gün ölkələrimiz dünyada bir sıra məsələlərin önündə gəlir və prosesləri aparır. Biz siyasi səviyyədə yüksək olan əlaqələrimizin iqtisadiyyata yansımasını istəyirik. Bu gün biz bir sıra sənədlər imzaladıq. Tərəflər adasında razılaşdırılan yol xəritəsi bu əməkdaşlığın sonrakı inkişafına öz töhfəsini verəcək. İqtisadi komissiyanın iclası planlardan ibarətdir. Biz ümid edirik ki, yaxın vaxtlarda bu planlar həyata keçiriləcək".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Mərakeş   Nazir   Qarabağ  





Xəbər lenti