Radikal dindarlardan silah-sursat götürülüb

Radikal dindarlardan silah-sursat götürülüb
  05 Mart 2018    Oxunub:1274
Ötən il qanunsuz dini təbliğatla məşğul olan 142 nəfər barədə hüquqi məsuliyyət tədbirləri görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Bildirilib ki, onlardan istehsalına və idxalına müvafiq icra orqanının razılığı alınmadan 5185 ədəd dini ədəbiyyat, 356 ədəd broşür, 145 ədəd kompakt disk, 3 ədəd odlu silah və 14 ədəd sursat aşkarlanaraq götürülüb.

2017-ci ildə Azərbaycanın şəhər və rayonlarındakı əsas məscidlərin siyahısı müəyyənləşdirilib, onların daxilində 53 nöqtədə 230 videokamera quraşdırılıb, və bu sahədə işlər davam etdirilir.

Anar Kəlbiyev
AzVision.az






Teqlər: Din   Təbliğat   Silah  





Xəbər lenti