Zakir Həsənov ön xətdə döyüş hazırlığını yoxladı - FOTOLAR

Zakir Həsənov ön xətdə döyüş hazırlığını yoxladı - FOTOLAR
  06 Mart 2018    Oxunub:2403
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrdə olub.
Müdafiə Nazirliyindən AzVision.az-a bildirilib ki, hərbi hissənin ərazisində Heydər Əliyevin abidəsi ziyarət edilib. Zakir Həsənov müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Əməliyyat şəraiti ilə tanış olan general-polkovnik birləşmələrin və hərbi hissələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb.



Müdafiə Nazirliyinin rəhbərliyi qoşunların döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.



Hərbi qulluqçular nazirə müraciətdə işğal altında olan torpaqların tezliklə azad edilməsinə hazır olduqlarını bildiriblər.






AzVision.az


Teqlər: Müdafiə-Naziri   Zakir-Həsənov   Cəbhə  





Xəbər lenti