"Milli Şura seçki qanunvericiliyini pozur" - Deputat məsələ qaldırdı

"Milli Şura seçki qanunvericiliyini pozur"  - Deputat məsələ qaldırdı
  06 Mart 2018    Oxunub:1137
Milli Şuranın martın 10-a təyin etdiyi mitinq seçki qanunvericiliyini pozur.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən pelnar iclasında deputat Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: “Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlər mitinq keçirsinlər”.

Q.Həsənquliyev vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: “Əks təqdirdə bu qanun pozuntusu ola bilər”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Qüdrət-Həsənquliyev  





Xəbər lenti