“Azərişıq”a “ASAN xidmət” vasitəsilə 330 sahibkar müraciət edib
Fevral ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlərin də “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciətlərinin sayında artım olub. Əgər yanvar ayında 3041 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət etmişdisə, fevral ayı ərzində 3252 vətəndaş müraciət edib. Məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulmaq üçün həyata keçirilən xidmətin bütün bölgələrdəki “ASAN xidmət” mərkəzlərini əhatə etməsi, bu məsələdə də öz müsbət rolunu oynayıb.
Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 19 min müraciət olunub.
AzVision.az
Teqlər: Azərişıq ASAN-Xidmət Müraciət