"ASAN xidmət” və “ASAN Kommunal”da 8 mart qeyri-iş günüdür

"ASAN xidmət” və “ASAN Kommunal”da  8 mart qeyri-iş günüdür
  06 Mart 2018    Oxunub:1836
8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri - iş günü olacaq.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən AzVision.az-a verilən məlumatda deyilir ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.

AzVision.az





Teqlər: ASAN-xidmət   ASAN-Kommunal  





Xəbər lenti