Daxili Qoşunların hərbi qulluqçularının maaşı artırılıb

Daxili Qoşunların hərbi qulluqçularının maaşı artırılıb
  06 Mart 2018    Oxunub:6490
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

AzVision.az




Teqlər: İlham-Əliyev   Daxili-Qoşun   DİN  





Xəbər lenti