İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub
  07 Mart 2018    Oxunub:1654
Martın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və həyatlarını itirənlərin ailə üzvlərinə başsağlığı verib, mərhumların doğmalarına səbir diləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin müxtəlif aspektləri müzakirə edilib.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Türkiyə   Ərdoğan  





Xəbər lenti