5 ölkənin deputatları Bakıda futbol oynayacaq

5 ölkənin deputatları Bakıda futbol oynayacaq
  07 Mart 2018    Oxunub:1075
Martın 9-11 tarixlərində Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və parlamentin dəstəyi ilə ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
AzVision.az-ın məlumatına görə, futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.

Martın 9-da Milli Məclisdə futbol yarışının püşkatma mərasimi keçiriləcək və memorandum imzalanacaq.

AzVision.az


Teqlər: Milli-Məclis   Futbol   Deputat  





Xəbər lenti