"Hər bir hərbi qulluqçu Vətəni şücaətlə qoruyur" - General

"Hər bir hərbi qulluqçu Vətəni şücaətlə qoruyur" - General
  07 Mart 2018    Oxunub:1546
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu bildirib.

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani milli-mənəvi dəyərlərimizin mənəvi-psixoloji hazırlıqda başlıca mənbə olduğunu vurğulayıb.

Çıxış edənlər milli-mənəvi dəyərlərin təbliği ilə bağlı şəxsi heyətin daha geniş məlumatlandırılması yollarından danışıb, Prezidentin hərbi qulluqçuların vəzifə maaşlarının artırılması sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini və bunun dövlətimizin diqqət və qayğısının təzahürü olduğunu qeyd ediblər.



AzVision.az


Teqlər: Müdafiə   Nazirlik   Tədbir  





Xəbər lenti