Lukaşenko İlham Əliyevə başsağlığı verib

Lukaşenko İlham Əliyevə başsağlığı verib
  07 Mart 2018    Oxunub:1316
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində insanların ölümü ilə nəticələnmiş yanğın haqqında faciəli xəbər Belarus Respublikasında dərin kədərlə qarşılandı.

Hörmətli İlham Heydər oğlu, Sizə, həlak olanların doğmalarına və yaxınlarına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzu edirəm”.

AzVision.az


Teqlər: Lukaşenko   İlham-Əliyev  





Xəbər lenti